ATƏT-in Dağlıq Qarabağın nizamlanması üzrə Minsk qrupunun həmsədri, ABŞ səfiri Ceyms Uorlik regionda münaqişənin nizamlanması üzrə danışıqlar üçün regiona gəlir, görüşlər aprelin 6-da Bakıda başlayacaq.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə Uorlik öz "twitter" mikrobloqunda yazıb.
"Bizə atəşin dərhal dayandırılması və hərtərəfli nizamlanmaya aparacaq danışıqlar lazımdır. Səhər görüşmək üçün Bakıya gedirəm", - deyə o bildirib.