Lənkəranda 46 yaşlı kişini ilan sancıb.

Unikal.org apa-ya nistinadən xəbər verir ki, hadisə rayonun Diryan kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Etibar İltifat oğlu Tahirov ilan sancması diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Ona ilan zəhərinə qarşı zərdab vurulub. Hazırda reanimasiya şöbəsində müalicə alır.