ABŞ-da çox sayda qəribə tikililər var, buna misal olaraq, Ohayo ştatında məşhur "səbət və yaxud da Nyu-York yaxınlığında ilbiz-kotteci göstərmək olar.
Unikal.org xəbər verir ki, kovboy çəkməsi şəklində olan ev həvəskarlar arasında layiqli yerini tutur.
Çəkmə-ev Hantsvill şəhərindədir. Layihənin müəllifi yerli memar Den Fillipsdir.
Fillipsinrəhbərlik etdiyi "Phoenix Commotion şirkəti yalnız emal edilmiş materiallardan istifadə edirlər.
Eko-inşaat bahalı həzz hesab edilir.
Çəkmə-evi kimin sifariş verdiyi məlum deyil.
Kottecin inşaatı təxminən 1 il 6 aya başa gəlib.
Binanın ümumi sahəsi 66 kvadratmetrdən bir qədər artıqdır.
Evdə iki yataq otağı var.Hər iki yataq otağı qeyri-adi materiallarla tərtib edilib.
Evin hündürlüyü təxminən 11 metrdir.
Binanın damında istirahət üçün meydança mövcuddur.
Evin döşəməsi mərmərdəndir.
Layihənin rəhbəri evin yanında ikinci çəkməni tikməyə hələlik hazırlaşmır.
Qeyri-adi kottec aylıq 1,2 min dollara icarəyə verilir.lenta.ru