Türkiyədə intihar hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, 38 yaşlı Ayşegül Güngör yarıçılpaq halda binanın 8-ci mərtəbəsinə çıxaraq özünü aşağıya atıb. Eşitmə və nitq qüsuru olan həyat yoldaşı onu xilas etməyə çalışsa da, qadın yerə çırpılıb.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. İntihar anı hadisə şahidləri tərəfindən telefon kamerası ilə çəkilib.