Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmamasını yerli orqanlar vasitəsilə araşdırır.

Bu barədə Unikal.org-a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək", - deyə, H.Hacıyev əlavə edib.

Qeyd edək ki, mayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər ölüb, təqribən 60-a yaxşı şəxs yaralanıb.