Bu gün Batumidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda mayın 23-də keçiriləcək növbəti görüşündə iştirak etmək üçün Batumi şəhərinə gedib.