Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi.

Unikal.org-un məlumatına görə, "Bakı-2017də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.

Mayın 22-də Bakı Olimpiya Stadionunda təntənəli bağlanış mərasimi keçirildi.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, "Bakı-2017 Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və digər ailə üzvləri iştirak edib.