Ermənistan silahlı bölmələrinin atdığı mərmilərin İran ərazisinə düşməsindən sonra bu ölkənin sərhəd qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib.
Unikal.org APA-ya istinadən bildirir ki, İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi bildirib ki, top mərmilərinin ölkə ərazisinə düşməsi ilə əlaqədar münaqişə tərəflərinə xəbərdarlıq edilib.
Q.Rzayi deyib ki, son günlər baş verənlərlə bağlı İran-Azərbaycan sərhədinə baxış keçirib.
"İranın Ermənistan və Azərbaycanla sərhədləri tam təhlükəsizdir. Ümid edirik ki, tərəflər arasında sülh razılığı əldə olunacaq və problemlər həllini tapacaq", - deyə Q.Rzayi baxışdan sonra jurnalistlərə bildirib.