Unikal.org ARB 24-ə istinadən xəbər verir ki, Sədaqət Hüseynovaya məxsus birmərtəbəli 8 otaqdan ibarət yaşayış evi taxta konstruksiya və əşyaları ilə birlikdə yanıb.
Ev sahibəsinin bildirdiyinə görə, hadisəyə səbəb keçmiş həyat yoldaşı Daşqın Hüseynovun sərxoş vəziyyətdə evdə şam yandıraraq yatması olub. Yanan şam aşaraq yastığın üzərinə düşüb od oradan yayılmağa başlayıb. Sərxoş ər evi ağuşuna alan alova müdaxilə etmək əzmində olmayıb.
Daşqın Hüseynov isə məsələyə belə münasibət bildirib:
"Şam aşıb evi od tutub. Vəssalam. Axşam içkili olmuşam. Mən ömür boyu içkili oluram. Düzün danışacam. Ayıq olmuram. Nətərdi?! Davay dasvidaniya".
Hadisə ilə bağlı araşdırma aparılır.