ABŞ Prezidenti Administrasiyası Konqres qarşısında 2018-ci maliyyə ilində öz büdcə tövsiyələrini açıqlayıb. Yeni büdcəyə əsasən Azərbaycana ayrılan yardımlar 90 faiz, Ermənistana ayrılan yardımlar isə 67 faiz azaldılacaq.
Demokratik İslahatlar Partiyasnın sədri, deputat Asim Mollazadə Unikal.org-a bildirib ki, bu, ABŞ-ın yeni prezidenti Donald Trampın büdcənin bir sıra istiqamətlərində həyata keçirdiyi ixtisarlarının nəticələridir: "Vaxtilə Ermənistan erməni diasporunun fəaliyyəti nəticəsində ABŞ-dan ən çox yardım alan ölkə idi. İndi bu yardım azalıb. ABŞ bütün ölkələr üçün öz yardımını azaldıb. Bu, Trampın büdcənin bir sıra istiqamətlərində həyata keçirdiyi ixtisarların nəticəsidir. Burada qeyri-adi nəsə yoxdur. Biz daha çox Ermənistana yardımların azadılmasından danışmalıyıq. Çünki Azəbaycan Ermənistandan qat-qat güclü olduğuna görə yardımların azaldılması normaldır. Ermənistana çox yardım verilməsinin də səbəbləri erməni diasporunun fəaliyyəti, erməni lobbisinin təzyiqləri nəticəsində çox idi. İndi isə böyük həcmdə ixtisar var.
H.Babayev