Xalq artisti İlhamə Quliyevanın ölümü bağlı təyin olunmuş tibbi ekspertizanın yekun nəticələri məlum olub.
Unikal.org xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, aparılan kimyəvi və toksikoloji ekspertizaların nəticələrinə görə, xalq artistinin zəhərlənməsinə dair iddialar öz təsdiqini tapmayıb.
İlkin müayinələrlə müəyyən edildiyi kimi, xalq artistinin ölümünə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub.
Qeyd edək ki, İ. Quliyeva fevralın 25-də saat 12:30 radələrində yaşadığı evdə vəfat edib. Onun oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün kimyəvi və toksikoloji ekspertizalar təyin olunub.