Azərbaycanın "Azərkosmos ASC peyk operatoru Gürcüstan, Qırğızıstan və Moldova vətəndaşları üçün "Azersky İstifadəçilər qrupu layihəsini işə salıb.

Unikal.org xəbər verir ki, trend bu barədə şirkətə istinadən məlumat verir. Layihə bu ölkələrin elmi-tədqiqat institutlarına, universitetlərinə, eləcə də alimlərə, tələbələrə, tədqiqatçılara və elmi araşdırmalarla məşğul olan şəxslərə aşağı orbitli peyklərdən alınan görüntülərin keyfiyyətini qiymətləndirməyə imkan verəcək.

İştirakçılar öz layihələrinin 2017-ci il iyun ayının 20-dək təqdim edə bilər. "Azərkosmos seçilmiş layihələr üçün Azersky/SPOT6 peykindən görüntüləri təqdim edəcək.