Rusiya Fövqəladə Hallar Xidməti Krasnoyarsk və İrkutsk vilayətlərində federal səviyyədə fövqəladə vəziyyət elan edib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu vilayətlərdə fövqəladə vəziyyət artıq neçə gündür davam edən meşə yanğınları səbəbindən elan olunub.

Rusiya FHX-nin məlumatına görə, Stavropol mahalında isə subasmalar səbəbindən fövqəladə vəziyyət elan olunub.

Bu bölgələrdə fəsadların aradan qaldırılması istiqamətində federal mərkəzin bütün ehtiyat qüvvələri işə cəlb edilib.

Qeyd edək ki, ötən gün başlayan güclü külək ərazilərdə meşə yanğınlarını daha da gücləndirib. Yanğınlar nəticəsində 10 yaşayış məntəqsi, 144 yaşayış evinə ziyan dəyib. Fəlaktəin qurbanlarının sayı isə 2 nəfərə çatıb.