Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyaya gedib.
Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Z.Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Toplantı mayın 26-da Moskva şəhərində keçiriləcək.