İndoneziyanın Vamen qəsəbəsində yaşayan Dani qəbiləsi öz qəribə adət-ənənələri ilə seçilir.

Unikal.org xəbər verir ki, Papua əyalətində yerləşən qəsəbənin qadınları ərləri öləndə barmaqlarını kəsir və onu yandıraraq külünü üzlərinə sürtürlər. Bu ənənə o qədər güclü yayılıb ki, insanların barmaq sayına görə hansının evli, hansının dul olduğunu bilmək olur.

Lakin bir neçə il öncə bu qayda qadağan olunduğundan qəbilənin yalnız yaşlı üzvlərinin barmaqsız olduğunu görmək mümkündür.

Qeyd edək ki, Dani qəbiləsi 1938-ci ildə amerikalı missioner Riçard Arkbold tərəfindən kəşf edilən dünyanın ən təcrid olunmuş və dəyişikliyə uğramamış ilk qəbilələrindən biridir. Meşənin ən sıx yerində məskunlaşmış qəbilə üzvləri öz geyimləri və həyat tərzi ilə xarici dünyadan qopmuş şəkildə yaşayırlar.axşam.az