Türkiyədə dəhşətli hadisə qeydə alınıb. Narkotik istifadəçisi olan cütlüyün dünyaya gətirdiyi uşaq mediada geniş müzakirələrə səbəb olub.
Unikal.org xəbər verir ki, Türkiyənin Antalya bölgəsində, narkoman cütlüyün körpələri də narkoman kimi doğulub. 3 il əvvəl tanış olan cütlük keçən il ailə həyatı qurub.
Narkotik maddələrdən istifadə edən cütlük bir neçə dəfə müalicə olunmağa təşəbbüs göstərsələr də, heç bir nəticəsi olmayıb.
Hamilə qalan qadın narkotik maddələrdən istifadə etməyə davam etdiyi üçün dünyaya gələn köpənin narkotik asılılığı olduğu müəyyən olunub.
Həkimlər ana südü vasitəsilə uşağın orqanizminə narkotik maddələrin getdiyini bildirib.
Hazır uşaq yeməklərini yeməyən 4 aylıq uşaq xəstəxanada nənə və babasının himayəsi altında ciddi müalicə olunur.publika.az