Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Unikal.org-un verdiyi məlumata görə, sərəncamla "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, â„– 8, maddə 988; 2015, â„– 11, maddə 1339; 2016, â„– 1, maddə 134) aşağıdakı dəyişikliklər ediləcək.

- Adında "artırılması sözündən sonra ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi sözləri əlavə edilsin.

- 1-ci hissədə "artırılaraq sözündən sonra ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlər sözləri əlavə edilsin.

- 1.2-ci bənddə "müəssisələrində sözündən sonra "və Azərbaycan Milli Elmlər Akademiyasında sözləri əlavə edilsin.

- 1-1-ci və 2-ci hissələrdə "müəssisələrində sözündən sonra ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində sözləri əlavə edilsin.