Yunanıstanın keçmiş baş naziri Lukas Papademosun olduğu avtomobildə bomba partlayıb.
Unikal.org-un "Reutersə istinadən verdiyi məlumata görə, insident nəticəsində diplomat və sürücü xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, L. Papademos 2011-ci ilin noyabrından 2012-ci ilin mayına qədər Yunanıstan hökumətinə rəhbərlik edib.