Braziliyanın şimal-şərqindəki Riu-Qrandi-du-Norti ştatında yerləşən "Parnamirim regional penitensiar müəssisəsindən azı 91 məhbus qaçıb.
Bu barədə məlumatı UOL informasiya internet-portalı yayıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, portalın məlumatına görə, söhbət ştatın tarixində ən miqyaslı qaçışdan gedir. İndiyədək yalnız 9 nəfəri tutmaq və həbsxanaya qaytarmaq mümkün olub. Hüquq mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, qaçış həbsxana divarının altında qazılmış 30 metr uzunluğunda tunel vasitəsilə təşkil olunub.

"Parnamirim regional penitensiar müəssisəsinin 436 məhkum üçün hesablandığı, lakin hadisə baş verən vaxt orada 589 nəfərin saxlandığı bildirilir.