"Space Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün informasiya proqramının baş redaktoru Elman Gədiklini tutduğu vəzifədən azad edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, teleşirkətin prezidenti Vaqif Mustafayev baş redaktorun işdən çıxarılması ilə bağlı dünən saat 15:00-da əmr imzalayıb.
Elman Gədikli Unikal.org-a işdən azad olunmasını təsdiqləyib. O, bildirib ki, öz ərizəsi ilə işdən azad olunub: "Qardaşım
rəhmətə getdi, 40-ı çıxmamış bacım dünyasnı dəyişdi. 11 il idi "Space-də fəaliyyət göstərirdim. Adam bir yerdə çox işləyəndə yorulur. Bu səbəbdən işdən azad olunmağım üçün ərizə yazdım. Bir müddət istirahət etdikdən sonra Əməkdar Jurnalist olaraq ölkədki KİV-lərin birində çalışacağam.