"Yerli müdafiə sənayemiz ordumuzu tam olaraq atıcı silahların döyüş sursatları və mina detektorları ilə təmin edir. Azərbaycan Müdafiə Sənayesinin istehsal etdiyi silahları sınaqdan çıxmış hesab etmək olar".

Bu fikirləri Unikal.org-a "Azeri Defence" hərbi-texnoloji jurnalının həmtəsisçisi Rəşad Süleymanov deyib. O qeyd edib ki, yaxın üc gündə baş vermiş döyüşlərdə Azərbaycanda modernizasiya olunmuş texnikalar bu döyüşlərdə yaxından iştirak edib: "Bir neçə il əvəldən başlayaraq cəbhədə Azərbaycan istehsalı olan silahlardan və döyüş sursatlarından istifadə edilib.Bildiyim qədər son 3 günün döyüşlərində də Azərbaycan istehsalı olan silahlardan , 82- 60 millimetrlik minatanlardan  və onların döyüş sursatlarından geniş istifadə olunub. Eyni zamanda Azərbaycanda modernizasiya olunmuş texnikalar bu döyüşlərdə yaxından iştirak edib. Həm tanklar həm də zirehli transpartyorlar. Hazırda Azərbaycan Silahlı qüvvələrinin atıcı silahlar üçün döyüş sursatları, mina detektorları tam olaraq  Azərbaycan istehsalıdır. Yerli müdafiə sənayemiz ordumuzu tam olaraq atıcı silahların döyüş sursatları ilə təmin edir. Dəqiqləşdirdiyim və bildiyim qədər bu günlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ordunun təchizatı üçün gücləndirilmiş rejimdə hətta 3 növbəli iş rejiminə keçiblər. İstehsal etdiyimiz silahlar sınaqdan çıxmış hesab oluna bilər. Ordumuzun silahlanmasında yer alan avtomatlar var ki, onlar Azərbaycan istehsalıdır. Yerli müdafiə sənayesinin istehsalı  olan dəbilqələr, zirehli gödəkçələr əsgərlərimizin istifadəsindədir. Yerli müdafiə sənayesinin məhsullarından cəbhə xəttində istifadə edirik. Azərbaycan istehsalı olan silahların bir çoxu, snayper tüfənglərindən başlamış döyüş sursatlarına qədər hamısı müharibə sınaqlarını keçib. Bu müsbət nəticədir. Gələcəkdə də  daha mükəmməl nəticələr əldə olunacaq".
 
Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Bəxtiyar Əsədov Unikal.org-a ölkəmizdə istehsla olunan müdafiə sənayesi məhsullarının keyfiyyəti ilə bağlı bunları deyib: "İstehsal etdiyimiz məmulatlar hamısı yüksək keyfiyyətə malikdir. Güc strukturlarımız istifa edir. Onların özlərinin iştirakı ilə sınaqdan keçirilib təhvil verilir. Eyni zamanda digər müdafiə sənayesi məmulatlarını xarici ölkələrə təklif edirik. Xarici sərgilərdə nümayiş olunur. Bu dəqiqə bu məmulatları təklif edən ölkələr çoxdur. Ona görə də bizdə istehsal son dərəcə yüksək keyfiyyətlə  həyata keçirilir". 

Həsən Babayev