"Space Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün informasiya proqramının baş redaktoru Elman Gədiklini tutduğu vəzifədən azad edilib.
Unikal.org E.Gədiklinin vəzifədən azad olunması ilə bağlı şok təfərrüat əldə edib. Qarşıdakı dədiqələrdə baş redaktorun işdən hansı səbəbdən uzaqlaşdırılması ilə bağlı detalları yayımlayacağıq.
Unikal.org-un əldə etdiyi məlumata görə, bir müddət əvvəl E.Gədiklinin oğlu Təhsil Nazilriyinin və "ASAN Xidmətin birgə həyata keçirdiyi işə qəbul imtahanında iştirak edib, lakin imtahanda uğursuz nəticə göstərib. İmtahan nəticələrinə görə E.Gədiklinin oğlu ASAN Xidmətə işə qəbul oluna bilməyib.
Bundan hiddətlənən E.Gədikli "ASAN Xidmət və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi imtahanla bağlı ötən gün "SPACE TV-nin "Hər gün İnformasiya Proqramında qərəzli videomaterial hazırlayaraq yayımlayıb.
Məsələdən xəbər tutan Təhsil naziri Mikayıl Cabbarov "SPACE TV-nin prezidenti Vaqif Mustafayevə zəng edib. Nazir V. Mustafayevdən baş redaktorun işdən azad olunmasını istəyib. Bundan sonra "SPACE TV-nin prezidenti V.Mustafayev dünən 15:00-da E.Gədiklini tutduğu vəzifədən azad edib və kanaldan uzaqlaşdırıb.
Orxan Həsənli