Hər gün 2 dəqiqə ərzində soyuq duş qəbul edən insan sağlamlığını xeyli möhkəmləndirə bilər.
Unikal.org-un məlumatına görə, mütəxəssislər sübut edir ki, soyuq duş immun sisteminin fəaliyyətini stimullaşdırır, T-limfositlərin və NK-hüceyrələrinin (immun hüceyrələri) sayını artırır.
Soyuq duş insana əlavə enerji verir, gümrah edir, diqqəti və iş qabiliyyətini artırır.
Həmçinin soyuq duş mübadilə proseslərini və qan və limfa dövranını yaxşılaşdırır, arıqlamağa, orqanizmdə olan piyin daha tez "yanmasına" kömək edir, əzələləri möhkəmləndirir.
Alimlər sübut edir ki, hər gün soyuq duşa yalnız 2 dəqiqə sərf etməklə sağlamlığı möhkəmləndirmək, arıqlamaq, soyuqdəymə riskini azaltmaq mümkündür.
Suyun temperaturunu tədricən azaltmaq lazımdır ki, orqanizm soyuq suya öyrəşə bilsin.saglamolun.az