Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi "VAZ-2107, Azər Hüseynovun idarə etdiyi MAZ və Mehrab Musayevin idarə etdiyi "Mercedes markalı avtomobillər toqquşub.
Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R. Paşayev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır