Türkiyənin Adana vilayətində Ramazan ayı öncəsi ət kəsim yerlərində hüquq mühafizə orqanlarının və baytarlıq xidmətinin əməkdaşları yoxlamalar həyata keçiriblər.
Unikal.org xəbər verir ki, aparılan yoxlama zamanı bir sıra ət kəsim yerlərində kəsilmək üçün oraya gətirilən 13 eşşək, 3 at aşkarlanıb.
Onların kəsilməsi üçün istifadə olunan motorlu mişar alətidə tapılıb.
Bununla belə Adananın Ali Xocalı Məhəlləsi, Respublika Prospektində ət kəsim məntəqələrində at və eşşəklərə aid 10 qaraciyər, 30 ürək, 10 kilo parçalanmış ət məhsulları aşkarlanıb.