Suriyanın İdlib şəhərində yaşayan, 28 yaşındakı bir qadın üçüncü körpəsini dünyaya gətirmək üçün getdiyi xəstəxanada qeysəriyə yolu siyam əkizi dünyaya gətirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, üçüncü uşağına hamilə olan 28 yaşlı Rağde El-Dellini sancıları başlayınca yoldaşı tərəfindən xəstəxanaya yerləşdirilib. 

Qeysəriyyə yolu ana iki başlı körpə dünyaya gətirib. Bir bədəndə doğulan yapışıq əkizlər, qarın və sinə bölgələrindən yapışıq halda, bir qara ciyərə malikdirlər. Hamiləliyin 30-cu həftəsində yarımçıq olaraq dünyaya gələn iki başlı körpəyə Naim adı da verilib. Hazırda körpənin ümumi çəkisi 2 kilo 70 qramdır və onun həyatı təhlükəsi yoxdur. 

İdlibdə yerləşən Mustafa Kamal Universitetinin Uşaq Cərrahiyyə xəstəxanasının həkimi Mehmet Emin Çelikkaya bildirib ki, hər iki körpənin də özünə aid sinə qəfəsi var: "Ancaq qarınları, mədəsi, qaraciyəri, bağırsaqları təkdir. İki başlı körpənin vəziyyəti stabil olduqdan sonra təkrar qiymətləndirəcəyik, əməliyyat da olunması qaçılmazdır.