Bakı şəhəri Nəsimi rayonunun mərkəzində yerləşən "Zorge parkı bərbad vəziyyətdədir.

Parkın yaxınlığında yaşayan sakinlər Unikal.org-a müraciətinlərində bildiriblər ki, buranın Bakının məşhur istirahət yerlərindən biri olmasına baxmayaraq,  baxımsızlıq ucbatından dağınıq hala düşüb.

Sakinlərin sözlərinə görə, parkda təmir və abadlıq işlərinin aparılmasına ehtiyac var: "Özünüz də görürsünüz ki, parkın döşəməsinin tamet daşları pis gündədir. Qarşıdan gələn isti yay aylarında parka gözəllik, insanlara isə sərinlik verə biləcək fontanları ot basıb. Bir sözlə, burada yeni abadlıq quruculuq işlərinin görülməsinə, fontanların təmirinə ehtiyac var.

Qeyd edək ki, "Zorge adına park Bakının ən qədim parklarından biridir. Burada Rixard Zorgenin abidəsi yerləşir. Abidə 1981-ci ildə yaradılıb. Vaxtı ilə parkda uşaq attraksionları, skamyalar yerləşdirilib.

Bağın hazırki vəziyyətini isə fotolar daha yaxşı izah edir.