"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin əsas istiqamətidir".
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün "Buta sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbulda deyib.
Dövlət başçısı qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur.
Prezident İ.Əliyev vurğulayıb ki, Azərbaycan ərazisində ikinci erməni dövlətininin yaradılmasına heç vaxt imkan verilməyəcək. Status-kvonun qəbuledilməz olduğunu və dəyişdirilməsi ilə bağlı beynəlxalq qurumların və ATƏT-in Minsk qrupu həmsədrlərin müxtəlif bəyanatlar səsləndirdiklərini, Dağlıq Qarabağda keçirlən qondarma referenduma beynəlxalq aləmdə sərt reaksiya verilərək pislənildiyini, danışıqlarda Azərbaycanın prinsipial mövqe nümayiş etdirdiyini deyən dövlət başçısı münaqişə nəticəsində məcburi köçkünə çevrilən insanların həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görüldüyünü və ordu quruculuğu siyasətinin tam özünü doğrultduğunu, ordunun maddi-texniki bazasının gücləndirilməsinin daim diqqət mərkəzində olduğunu bildirib.