Rusiyanın Narvadakı baş konsulu Dmitri Kazennov və konsulu Andrey Surqayev Estoniyadan çıxarılacaqlar.

Unikal.org xəbər verir ki, bunu Estoniya XİN-in təmsilçisi Sandra Kamilova TASS-a bildirib.

Nazirlik diplomatların Estoniyadan qovulması səbəbini açıqlamaqdan imtina edib.

Rusiyanın Estoniyadakı səfirliyi də məsələyə aydınlıq gətirməyib.