Bu gün Moskvada Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə keçirilən qəbula Rusiya XİN nümayəndəsi Mariya Zaxarova da qatılıb.
Unikal.org aznews.az-a istinadən xəbər verir ki, tədbirdən aldığı təəssüratlar barədə Facebook-da şəxsi profilində paylaşım edib.
Zaxarova etiraf edib ki, səfirlikdə 10 dəqiqəlik qalmağı planlaşdırsa da, bu 1 saatı ötüb.
Səfir Polad Bülbüloğlu xanım Zaxarovanı plova və digər naz-nemətə
qonaq edib. Zaxarovanın "xalq axını və "canlı ünsiyyət xoşuna gəlib.
Tədbiri tərk edərkən özü ilə Bakı xiyarı və gilas da götürüb və xiyarı çox bəyəndiyini yazıb.