NATO PA yaz sessiyası çərçivəsində Təhlükəsizlik və mülki ölçü Komitəsinin iclası keçirilib
Bu gün Tiflisdə keçirilən NATO Parlament Assambleyasının (PA) yaz sessiyası çərçivəsində Təhlükəsizlik və mülki ölçü Komitəsinin iclası keçirilib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, iclasda NATO-ya üzv olan ölkələrin, assosiativ üzv ölkələrinin nümayəndələri, o cümlədən Azərbaycan, Gürcüstan ə Ermənistan parlament nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.
Komitə iclasında Avropa İttifaqının Gürcüstan missiyasının rəhbəri Kestutis Yankauskas və Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili çıxış ediblər. Tədbirdə tanınmamış Abxaziya və Cənubi Osetiyada keçirilən seçkilərə toxunulub, bu separatçı bölgələrin "silahlı qüvvələrinin artıq Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil olduğu bildirilib. Avropa İttifaqının Gürcüstandakı missiyasının rəhbəri Kestutis Yankauskas deyib ki, bu, ciddi problemdir.
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri K. Tsixelaşvili bildirib ki, Rusiya təbliğat üçün vəsait əsirgəmir, Gürcüstanın da bu istiqamətdə kommunikasiya strategiyası var: "Amma bizə çox işləmək lazımdır.
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Ziyafət Əsgərov K. Tsixelaşviliyə sual ünvanlayıb: "Siz Cənubi Osetiya və Abxaziya xəritəsini olduğu kimi təsvir etdiniz. Azərbaycanın 20% torpaqları Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Təəssüf ki, biz də oxşar problemi yaşayırıq və sizin problemlərinizi başa düşürük. Dağlıq Qarabağ problemi bu günə qədər hələ də öz həllini tapmayıb, münaqişəsi illərdir ki, həll edilmir. Siz bu münaqişələrin həllini necə görürsünüz?
Gürcüstanın dövlət naziri Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh və dialoq yolu ilə həll olunmasını vacib sayıb.