Tbilisidə NATO PA-nın yaz sessiyası davam edir. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri,Milli Məclissədrinin birinci müaviniZiyafət Əsgərovsessiya çərçivəsində qurumun Siyasi, Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat və Təhlükəsizlik Komitələrinin iclaslarının keçirildiyini bildirib.
İclaslarda Suriyada və İraqda müharibənin humanitar aspektləri, sosial media inqilabının siyasi və təhlükəsizlik baxımından nəticələri, Qara dəniz regionunda sabitliyin inkişafı, ballistik raketdən müdafiə və NATO, NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, iqlim dəyişikliyi ilə əlaqədar xərclərin qiymətləndirilməsi, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər məsələlər müzakirə olunur.
Azərbaycan nümayəndə heyətinin üzvləri iclaslarda çıxış edir, müzakirə olunan məsələlərə münasibət bildirirlər: "Biz çalışırıq ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, dünyada artan nüfuzu, bununla belə üzləşdiyi problemlər, xüsusən Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətini, parlamentariləri daha çox məlumatlandıraq. Müzakirələr zamanı Ermənistanın regiondakı pozuculuq fəaliyyəti, ballistik raketlərlə silahlanması və bunun təkcə region üçün deyil, bütövlükdə NATO üçün yaratdığı təhlükə barədə ətraflı məlumatlar veririk. Bəzi hallarda Ermənistanın işğalçı dövlət olduğunu sübut edə bilirik. Bununla belə biz mübarizəmizi davam etdiririk.