Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində Türkiyə vətəndaşı (adı açıqlanmır) idarə etdiyi "Volkswagen Touareg" markalı, 90 OE 846 dövlət nömrə nişanlı maşınla yolu keçən şəxsiyyəti hələlik məlum olmayan 20-22 yaşlarında qızı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.