"Ermənistanın xüsusi xidmət orqanları Vaan Martirosyanı ortaya atmışdılar ki, digər ermənilər "Ermənistanla Azərbaycan arasında sülh naminə Platformaya yaxın gəlməsinlər.
Bu fikirləri Unikal.org-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. O, qeyd edib ki, V.Martirosyan vaxtilə Ermənistanda olarkən Azərbaycanla əməkdaşlığın tərəfdarı olan ermənilərin əleyhinə onların evlərinin qarşısında piket keçirənlərdən olub: "Martirosyana görə o adamlar sülh platformasına qoşulmurdu. Bundan sonra həmin platformanı böyütmək və inkişaf etdirmək üçün Azərbaycan cəmiyyətinin əlində böyük imkanlar var. Martirosyanın getməsi ilə platforma təmizlənmiş oldu və bu Azərbaycanın xeyrinədir. Əgər, erməni cəmiyyətində əvvəlki əhval-ruhiyyə qalacaqsa, bizim həmin platformanı daha geniş formada inkişaf etdirmək imkanımız var.
M.Əhmədoğlunun sözlərinə görə, Martirosyanı erməni xüsusi xidmət orqanları ortaya atmışdı: "Vaan Martirosyan Ermənistanın xüsusi xidmət orqanlarının bir proekti idi. Onlar yaxşı bilirlər ki, Ermənistanda əhalinin Azərbaycana marağı var. Ermənistanı bilən və öyrənən təşkilatın rəhbəri kimi mənim bütün bunlardan məlumatım var. Ermənistanın təhlükəsizlik xidməti erməni ziyalıları ilə onların Azərbaycanla bağlı müsbət fikrilərinə dair dəfələrlə iş aparmışdı. Onlar erməni ziyalılarında Azərbaycana maraq gördükləri üçün Martirosyandan istifadə etdilər. Mənim əlavə informasiya mənbələrim var idi. Əvvəldən məlumatlı idim, müəyyən işlər də görmüşdüm. Bir daha deyirəm ki, martirosyanı erməni xüsusi xidmət orqanları ortaya atmışdılar ki, digər ermənilər "Ermənistanla Azərbaycan arasında sülh naminə Platformaya yaxın gəlməsin.
Həsən Babayev