Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının "Cəbrayıl və "Qubadlı yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.

Unikal.org  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Qubadlı və "Cəbrayıl təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlət başçısına məlumat veriblər.

Bildirildi ki, hər iki gəmi SOCAR-ın dəniz obyektlərinə xidmət edən köhnə gəmiləri əvəzləyəcək. Gəmilərdən biri SOCAR-a məxsus "28 May, digəri isə "Ümid yatağındakı platformalara xidmət göstərəcək.