Rusiya beş Moldova və iki Estoniya diplomatını ölkədən çıxarır.
Unikal.org-un RİA "Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Moldova səfirliyinin 5 əməkdaşı 3 gün, Estoniyanın Peterburqdakı baş konsulu və Estoniya Baş Konsulluğunun Pskovdakı dəftərxanasının rəhbəri 5 gün ərzində Rusiyanı tərk etməlidir. Bu addımın rusiyalı diplomatların Moldova və Estoniyadan çıxarılmasına cavab olaraq atıldığı açıqlanıb.
Rusiyanın qərarına münasibət bildirən Moldova prezidenti İqor Dodon iki ölkə münasibətlərinin son 25 il ərzində bu qədər pis olmadığını bildirib.
İ. Dodon hesab edir ki, buna səbəb Moldova hökumətinin və parlament çoxluğunun öz xalqının maraqlarından deyil, Qərb kuratorlarının geopolitik maraqlarından çıxış edərək qərar qəbul etməsi olub. Moldova prezidenti ümid edir ki, Rusiya bundan sonra iqtisadi və sosial xarakterli cavab addımları atmayacaq.