ABŞ Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu dəstəkləyir.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, bunu Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini Robin Danniqan Bakıda deyib.

Dövlət Departamentinin rəsmisi bildirib: "Bu gün mənim üçün XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017 sərgi və konfransının açılışnda iştirak etmək, eləcə də ABŞ Prezidentinin məktubunu oxumaq böyük şərəfdir".

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi təkcə Azərbaycan iqtisadiyyatına töhfə verməyəcək, eyni zamanda dünya enerji təhlükəsizliyində vacib rol oynayacaq.