Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçuları ilə atışmada 3 əsgər şəhid olub, 2-si yaralanıb.

Unikal.org-un Reuters agentliyinə istinadən verdiyi məlumata görə, atışmada 2 terrorçunun öldürüldüyü, 1-in yaralandığı bildirilir.

Atışma bu gün baş verib. Əməliyyat keçirən əsgərlər PKK terrorçuları ilə qarşılaşıb.

Atışmada yaralanan əsgərlər xəstəxanaya yerləşdirilib. Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyat davam etdirilir.