Türkiyənin Şirnak bölgəsində vertolyotun qəzaya uğraması nəticəsində 13 hərbçi həyatını itirib.

Unikal.org xəbər verir ki, faktı Silahlı Qüvvələrin Baş Qərargahı təsdiqləyib.

Bundan əvvəl KİV 13 nəfərin, o cümlədən bir general, iki polkovnik və dörd zabitin qəza nəticəsində həlak oduğunu yazmışdı.

"Mayın 31-i saat 20.55-də uçuş zamanı elektrikötürücü xətlə toqquşan "Sougar AS 532" tipli vertolyot qəzaya uğrayıb. Helikopterdə 13 nəfər olub. Əldə edilən məlumatlara görə, onlar ölüblər", - deyə Türkiyə hərbi idarəsinin məlumatında bildirilir.

xxx

Türkiyənin Şirnak vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin güc strukturlarındakı mənbə Reuters agentliyinə bildirib.

Bundan əvvəl Şırnak valiliyi helikopterin elektrik xəttinə toxunaraq yerə düşdüyü bildirib.

xxx

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.


Unikal.org-un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şırnak vilayətində qeydə alınıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. Ölənlər və yaralananlar barədə məlumat daxil olmayıb.

İlkin ehtimala əsasən, helikopter elektrik xəttinə dəyərək qəzaya uğrayıb. Hadisə yerinə xilasedicilər göndərilib.