Bakıda oğurluqla məşğul olan şəxs tutulub.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elbrus Məmmədovun ətrafında Qaradağ RPİ 10-cu və 38-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun mayın 5-dən 28-dək olan müddətdə rayon ərazisində 7 avtomobildən və 2 evdən ümumilikdə 1260 manat pul, maqnitofon, akkumulyator, səsgücləndiricilər, təmir-tikinti alətləri və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Həmçinin onun oğurladığı akkumulyatorlardan 2-ni Yasamal rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsində işləyən Türkiyə vətəndaşı Safi Oğuzhan Nevzada satması da müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb. Görülən tədbirlərlə S.Nevzad da tutulub.