Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyev müxtəlif təyinatlarla bağlı sərəncam imzalayıb. Dəyişikliklərdən sonra Prezident Administrasiyasının yeni strukturu təsdiq edilib.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı və komitə sədri Siyavuş Novruzov təyinatlarla bağlı Unikal.org-a danışıb.
O, bildirib ki, prezident strukdur islahatı aparıb, bundan sonra da aparacaq:
"Biz hər zaman qeyd etmişik ki, bu səlahiyyətlər cənab prezident İlham Əliyevə məxsusdur, onun konstotusyon hüququdur. Ona görə də təyinetmə, işdən çıxarma hökumət strukturunu təsdiq etmə, vitse-prezident təyin etmək prezidentin səlahiyyətilərinə daxildir. Prezident kimi məsləhət bilsə, təyin edir, vəzifəsindən azad edir. Bir daha qeyd edim ki, birbaşa prezident səlahiyyətlərinə daxil olan məsələdir. Buna hansı münasibətdən söhbət gedə bilər? Təbii ki, prezident strukdur islahatı aparıb, bundan sonra da aparacaq. Bilirsiniz ki, bundan öncə Azəraycanda referendum keçirildi. Referendumda müxtəlif strukdurların yaradılması təklif olunurdu ki, bu da Azərbaycan xalqı tərəfindən dəstəkləndi. Bu yöndə uğurlu işlər aparılır.