Bakıda istintaq təcridxanasında təqsirləndirilən şəxs ölüb.
Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında baş verib.
Belə ki, vərəm xəstəliyindən əziyyət çəkən 1962-ci il təvəllüdlü Məlikov Fəxrəddin İsabala oğlu təcridxanada ölüb.
Onun meyiti aidiyyəti üzrə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişmiş Fəxrəddin Məlikov bir həftə əvvəl - mayın 24-də Bakı şəhəri, Sabunçu rayonunda cibgirlik edərkən saxlanılıb. O, 107 saylı sərnişin avtobusunda Sultan Tağıyev adlı sərnişinin cibindən pul oğurlayarkən tutulub. S.Tağıyev onu döyüb. Vətəndaşlar F.Məlikovu polis əməkdaşlarına təhvil verib.
F.Məlikov əvvəllər də məhkumluq həyatı yaşayıb.