Azərbaycan Bolqarıstanın vacib strateji və iqtisadi tərəfdaşıdır.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, bunu Bolqarıstanın Bakıdakı səfiri Maya Xristova iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə keçirilən tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu illər ərzində Azərbaycan və Bolqarıstan arasında münasibətlər fəal şəkildə inkişaf edib: "Bütün bunlar 2015-ci ildə Strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanmasına gətirib çıxarıb.

M.Xristova qeyd edib ki, iki ölkə arasında, xüsusuilə də mədəniyyət sahəsində münasibətlərin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük rol oynayıb.

Səfir Heydər Əliyev Fonduna Bolqarıstanın Veliko-Tırnovo şəhərində "Trapezitsa muzey-qoruğunun restavrasiyasında göstərdiyi köməyə görə minnətdarlığını bildirib.