Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşına məxsus iki ədəd "Kent markalı siqaret qutusuna gömrük baxışı keçirilib.

Unikal.org DGK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, baxış zamanı, həmin qutuların içərisində, yarıdan qırılmış siqaretlərin altında, hər qutuda 3 büküm olmaqla, cəmi 6 ədəd bükümdə xalis çəkisi 57,259 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.