İrəvanda İraq vətəndaşları arasında münaqişə baş verib, bir neçə nəfər bıçaqlanıb.

Unikal.org-un "NEWS.ama istinadən verdiyi xəbərə görə, əcnəbilər arasında başlayan mübahisə davaya çevrilib. Dava iştirakçılarından biri digər iki soydaşına bıçaq xəsarətləri yetirib.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Onun barəsində axtarış elan edilib.