"Lukoyl şirkəti Rusiya çempionu olmuş "Spartak futbol klubunun
maliyyələşdirilməsini artırmayacaq.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, bunu şirkətin rəhbəri Vahid Ələkbərov deyib.
Onun sözlərinə görə, klub Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığına görə, bu, ona əlavə qazanc əldə etməyə imkan verəcək və bu səbəbdən maliyyələşmənin artırılmasına ehtiyac yoxdur.
Bununla belə, V.Ələkbərov vurğulayıb ki, "Lukoyl "Spartakın baş sponsoru olduğu üçün klubun maliyyələşməsini əvvəlki həddə saxlayacaq, azaltmayacaq.