Sosial şəbəkə istifadəçiləri Vatikan üzərindən qalxan qatı qara dumanın video və fotoları paylaşmaqdadırlar.

Unikal.org xəbər verir ki, şəkillər və videolar hadisə şahidləri tərəfindən paylaşılır.

"Mən yenicə partlayış səsi eşitdim. Vatikanda yanğın var?", - deyə istifadəçilərdən biri yazıb.

"The Mirror" nəşri qeyd edir ki, insident Vatikanın iqlim dəyişikliyi məsələsi ilə əlaqədar ABŞ-ı tənqid etməsindən sonra baş verib.