ABŞ prezidenti Donald Tramp ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə D. Tramp keçirdiyi mətbuat konfransı zamanı bildirib.
"Biz Paris sazişini tərk edirik, lakin Amerika biznesi, fəhlələri və vergi ödəyiciləri üçün ədalətli şərtlərə əsaslanan bu və ya digər sazişə qoşulmağa dair danışıqlara yenidən başlayacağıq, - deyə prezident qeyd edib.
Tramp qeyd edib ki, ABŞ-ın sonrakı addımları ədalətli razılaşma əldə edilməsinin mümkünlüyündən asılı olacaq.
Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris
sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi
tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması
üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.