İstanbulun velosipedçilər bazarında güclü yanğın olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında bazarda velosiped və uşaq maşınlarının olduğu anbarlardan birində yanğın baş verib. Yanğın qonşu depolara da keçib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının yayılmasının qarşısını alıblar.

Yaxınlıqdakı yolötürücü və Taksim istiqamətində avtomobil yolu bağlanıb.

Yanğına səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.