Daha bir Nardaran sakini silahını polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Əliağa Hüseynzadə müvafiq sənədləri olmayan "İJ-58" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.